10.12.2021

Müəllimlər təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə qəbul üçün yaradılmış Müsahibə komissiyalarında səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlərə  Fəxri Fərman və Təşəkkürnamə təqdim olunub.

Təltifetmə mərasimində BŞTİ-nin struktur bölmə rəhbərləri müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Təltif olunmuş müəllimlər onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklərinə əminliklərini  ifadə ediblər.