10.12.2021

Bakı məktəblilərinin 130 komandası "SAF 2021"də yarışır

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri "STEAM Azərbaycan Festivalı 2021"də (“SAF 2021”) iştirak edirlər.

Festivala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 350-dən çox VI-XI sinif şagirdlərindən ibarət 130 komanda qatılıb.

Şagirdlər festival çərçivəsində nəzərdə tutulan "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior",  "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot kateqoriyaları istiqamətində yarışırlar. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılır.

Dekabrın 10-da həvəsləndirici yarışların təşkili və qalib komandaların mükafatlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, Baku Expo Mərkəzində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivalın (www.saf.steam.edu.az) əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən  ibarətdir.