13.12.2021

Bakı məktəblərinin 16 komandası "SAF 2021"də qalib olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət 16 komanda "STEAM Azərbaycan Festivalı 2021"də (“SAF 2021”) qalib olub.

Belə ki, Nəsimi rayonu 16 nömrəli Texniki-Humanitar lisey, 287 nömrəli Zəkalar liseyi, 20 nömrəli məktəb-lisey I, 139, 136, 60, 205, 272, 247, 39 nömrəli tam orta məktəblər II, 72 nömrəli məktəb-lisey, 7, 214, 204, 247, 189-190 nömrəli məktəblər isə III yerin qalibi olub.

Qeyd edək ki, festivala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 350-dən çox VI-XI sinif şagirdlərindən ibarət 130 komanda qatılıb.

Şagirdlər festival çərçivəsində nəzərdə tutulan "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior",  "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot kateqoriyaları istiqamətində yarışıblar. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılıb.

Baku Expo Mərkəzində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivalın (www.saf.steam.edu.az) əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən ibarətdir.