28.12.2021

BŞTİ-də struktur bölmələrin hesabatları dinlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) struktur bölmələrin 2021-ci ildəki fəaliyyətinə dair hesabatlar dinlənilib.

Hesabatların dinlənilməsində BŞTİ-nin müdiri Mehriban Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Hesabatlarda ayrı-ayrı sahələr üzrə il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında məruzələr təqdim olunub.

Hesabatlarda tədrisin təşkili, idarəetmə, təhsilin keyfiyyətinin yüksəldilməsi, layihələr, kadr məsələləri, ictimaiyyətlə əlaqələr, kargüzarlıq, hüquqi tənzimləmə, təchizat, maliyyə və digər sahələr üzrə il ərzində həyata keçirilən işlərə dair məlumatlar verilib, aparılan təhlillər diqqətə çatdırılıb.

Müzakirələrdə növbəti ildə həyata keçiriləcək tədbirlərdən, həmçinin qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən də bəhs olunub.

BŞTİ müdiri Mehriban Vəliyeva səmərəli fəaliyyət nəticəsində qazanılmış uğurların davam etdirilməsinin zəruriliyini nəzərə çatdırıb.

İdarə müdiri qarşıdan gələn ilin yeni imkanlar və uğurların davamı ili olacağına inamını ifadə edib. M.Vəliyeva ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.