22.01.2022

Fənn olimpiadalarının birinci mərhələsinə start verilib 

Yanvarın 22-də Respublika fənn olimpadalarının rayon (şəhər)mərhələsinə start verilib. 

Ümumilikdə 30 mindən çox şagirdin qatıldığı fənn olimpiadaları 9,10,11-ci siniflər və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir. 

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.azwww.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir. 

Respublika Fənn Olimpiadaları  “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,