01.03.2022

BŞTİ-yə fevral ayında 7 963 müraciət daxil olub

Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7 963  müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 6 286 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 110 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.

Fevral ayında BŞTİ-yə 1 247 sənəd (vətəndaşlar tərəfindən 344 ərizə, Təhsil Nazirliyindən 169, digər qurumlardan 174, məktəblərdən 318 məktub, 57 strukturdaxili yazışma və 185  kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 320 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.