02.03.2022

İdmançılar “Gündəm təhsildir” proqramında

4 mart saat 15:30-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Sağlam gənclik-sağlam gələcək” mövzusunda növbəti buraxılışı yayımlanacaq.

Proqramın budəfəki qonaqları "Ağ canavar" ləqəbli azərbaycanlı peşəkar kikboksçu, 7 qat Avropa çempionu, 26 qat dünya çempionu, “Əməkdar idman ustası”, “Əməkdar məşqçi”, Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalına layiq görülmüş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Yubiley medalı"nın sahibi Eduard Məmmədov və kikboksinq üzrə 2019-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında II, Rusiyada I yeri tutaraq dünya kubokunun sahibi və 2021-ci ildə Monteneqroda keçirilən kikboksinq üzrə Avropa çempionatının qalibi 49 nömrəli məktəb-liseyin XI sinif şagirdi Nihad Tağızadədir.

Qeyd edək ki,  onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.