01.04.2022

İki paytaxt məktəblisi maksimum nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 2 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər.

Belə ki, martın 5-6-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 125 nömrəli tam orta məktəbin şagirdi Ağazadə Nigar Əhədulla qızı və 286 nömrəli tam orta məktəbin şagirdi Orucov Nəcməddin Nəsimi oğlu 300 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplana bilər.

Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.