05.04.2022

AGMA-nın rəhbəri “Gündəm təhsildir” proqramında

8 aprel saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Müasir müəlim necə olmalıdır?” mövzusunda növbəti buraxılışı yayımlanacaq.

Proqramın budəfəki qonağı Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri, Bakı Oksford məktəbinin müəllimi  Rüfət Əsədzadədir.

Qeyd edək ki,  onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.