06.04.2022

“Məktəbdə...” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Məktəbdə...” layihəsinə start verilir.

Layihə çərçivəsində ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə paytaxt məktəblilərinin görüşü təşkil olunacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında qonaqlar düşüncələrini və təcrübələrini bölüşəcək, məktəbliləri düşündürən suallara aydınlıq gətirəcəklər.      

"Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, layihənin informasiya dəstəyi "Kaspi” qəzeti və Kaspi.az saytıdır.