15.07.2022

Beynəlxalq Riyaziyyat Olimpiadasından 5 medal

6-16 iyul tarixlərində Norveçin paytaxtı Oslo şəhərində 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 gümüş, 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Toğrul Abbasov gümüş, Amin Cəfərzadə bürünc medal, həmin liseyin X sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov bürünc medal, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə bürünc medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə isə həvəsləndirici mükafat əldə edib.

Qeyd edək ki, 104 ölkənin iştirak etdiyi bu nüfuzlu olimpiadada Azərbaycan komandası 34-cü yerə layiq görülüb.

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!