22.07.2022

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

İyulun 22-nə (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 931 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən 7 004 elektron müraciət daxil olub. Müraciətlərdən 1 349-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 1 358-i onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp”müraciətləri), 4 297-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.