11.08.2022

Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq üçün məktəb seçimi

Avqustun 11-də tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi prosesinə başlanılır. Valideynlər məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.