19.08.2022

Sertifikatlaşdırma ilə bağlı ibtidai sinif müəllimləri üçün vebinar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimlərinə dəstək məqsədilə vebinarlar keçiriləcək.

Avqustun 19-u saat 15:00-da Azərbaycan dili, 16:00-da isə riyaziyyat fənləri üzrə təşkil olunacaq vebinarlarda ibtidai sinif müəllimlərinin daha çox çətinlik çəkdiyi mövzuların ətraflı izahı veriləcək.

Vebinarlar TDM-in Azərbaycan dili fənni üzrə metodisti Günel Bayramova və riyaziyyat fənni üzrə metodisti İlahə Həmidova tərəfindən Təlimə Dəstək Mərkəzinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı aparılacaq.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı təşkil olunmuş vebinarlar növbəti həftədən hər gün mütəmadi olaraq TDM-in rəsmi "Facebook" səhifəsi üzərindən canlı davam etdiriləcək.