12.09.2022

Paytaxt təhsilinin yeni tədris ili hədəfləri

Yeni tədris ili təhsilimiz üçün yeni dövr və çağırışlardan irəli gələn müasir təhsil imkanları ilə əlamətdar olacaq.

Yeni tədris ili ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Real TV-nin canlı efirində sualları cavablandırıb.

Canlı proqram zamanı İdarə müdiri tərəfindən paytaxtın təhsil həyatı barədə məlumat verilib, yeni tədris ilində qarşıya qoyulan hədəflər, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsildə nəticəyönlü idarəetmənin yaradılması, təhsil müəssisələrində infrastrukturun müasirləşdirilməsi barədə danışılıb.

Sonda İdarə müdiri yeni tədris ili münasibətilə paytaxt məktəblərinin pedaqoji heyətini, şagird və valideynlərini təbrik edib, uğurlar arzulayıb.