17.10.2022

Könüllülük Proqramına sənəd qəbulu başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş VII Könüllülük Proqramına sənəd qəbulu başa çatıb.

VII Könüllülük Proqramında iştirak etmək üçün 100-dən çox könüllü elektron (konullu@baku.edu.gov.az) qaydada sənəd verib.

Onlardan müvafiq meyarlar üzrə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsahibədən uğurla keçən şəxslər noyabr ayından etibarən BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək İdarə tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.