11.11.2022

“Zəfər” məktəblilərarası I tarix olimpiadasına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Zəfər” məktəblilərarası I tarix olimpiadasına start verilib.

Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş olimpiada 3 mərhələdən (məktəb, şəhər və final) ibarətdir. Müsabiqənin məktəb mərhələsində şagirdlər 1 saat vaxt ərzində 25 sualdan ibarət test tapşırığını həll edəcəklər. I mərhələdən uğurla keçən şagirdlər mərkəzləşmiş qaydada təşkil olunmuş şəhər turunda iştirak etmək hüququ qazanacaqlar. Şəhər turunun nəticələrinə əsasən, yüksək nəticə əldə etmiş şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

Həmçinin olimpiadanın final mərhələsinə çıxan şagirdlər arasında breyn-rinq təşkil olunacaq.


ƏMR