22.11.2022

“Məktəbdə...” növbəti görüş  

“Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 23-də Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı jurnalist, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru Emin Musavi olacaq.

Görüşdə müəllim-şagird münasibətləri, yeniyetmələrdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq, ixtisas seçimi, peşə sahələrinə yönəlməyə təsir edən faktorlar və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

Görüşü, həmçinin Baku TV, Media Türk və AzEdu Təhsil Portalı da işıqlandıracaq.