06.12.2022

“Məktəbdə...” növbəti görüş  

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 7-də Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı olacaq.

Görüşdə vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin, müəllimlərin rolu, mütaliə vərdişləri, mənəvi keyfiyyətlərin insan taleyindəki yeri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

Görüşü, həmçinin Baku TV, Media Türk və AzEdu Təhsil Portalı da işıqlandıracaq.