12.12.2022

Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər davam edir 

Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər davam edir.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının lektoriya zalında təşkil olunan dərsdə təşkilatın sədri Ramil Vəlibəyov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Nizami rayon təşkilatının sədri R.Vəlibəyov dahi şəxsiyyətin nüfuzu, onun nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə danışıb.

BŞTİ-nin müdir müavini Hsgərov “1993-cü ildən başlayan quruculuq və inkişaf yolumövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Müdir müavini bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.