13.12.2022

 “Zəfər” məktəblilərarası I tarix olimpiadasının şəhər turu keçirilib

Paytaxtdakı VIII-X sinif şagirdləri arasında təşkil olunmuş “Zəfər” məktəblilərarası I tarix olimpiadasının şəhər mərhələsi keçirilib.

Olimpiadanın mərkəzləşmiş qaydada təşkil olunmuş şəhər mərhələsində 509 şagird iştirak edib.

Şəhər turunun nəticələrinə əsasən, yüksək nəticə əldə etmiş şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar. Olimpiadanın final mərhələsinə çıxan şagirdlər arasında breyn-rinq təşkil olunacaq.

Qeyd edək ki, olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış parlaq qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.