15.12.2022

Laborant vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri bəlli olub.

BŞTİ tərəfindən keçirilən test imtahanının nəticələri namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.

Test mərhələsinin nəticəsinə əsasən, 161 nəfər uğur qazanıb və 48 nəfər ehtiyat kadr siyahısına əlavə olunub.

Qeyd edək ki, müvafiq vəzifə üzrə təşkil olunan test imtahanında namizədlərə informatika üzrə 20, qanunvercilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığınının cavablandırıması üçün 100 dəqiqə vaxt verilib.

BŞTİ-nin tabeliyindəki məktəblərdə laborant vəzifəsi üzrə 180 vakant yer mövcuddur.

Onu da qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.