21.12.2022

I tarix olimpiadasında 61 məktəbli qalib olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadasının qalibləri bəlli olub.

Olimpiadanın nəticələrinə əsasən, mərkəzləşmiş qaydada təşkil olunan şəhər turunda iştirak etmiş 509 şagirddən 11 nəfər I, 14 nəfər II, 36 nəfər isə III yerin qalibi olub.

Şəhər turunun nəticələrinə əsasən, şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar. Olimpiadanın yekununda qalib şagirdlərdən ibarət komandalar yaradılaraq “Kim? Nə? Harada?” intellektual oyunu təşkil ediləcək. Oyunda ilk 3 yerə layiq görülən komanda diplomla təltif olunacaq.

Qeyd edək ki, olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış parlaq qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.