25.12.2022

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi

Dekabrın 25-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. 

Ümumilikdə 45 mindən çox şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 118 mərkəzdə təşkil edilib. 

Rayon (şəhər) mərhələsinin nəticələri 5 yanvar 2023-cü il tarixindən etibarən www.portal.edu.az üzərindən və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq. 

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir. 

Fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə keçirilir.