Yanvarın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi və paytaxtın təhsil işçiləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
BŞTİ rəhbərliyi və paytaxtın təhsil işçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!