27.01.2023

"Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Hekayəni paylaş" (“Share your story”) videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqənin nəticələrinə əsasən, 245 nömrəli tam orta məktəbin şagirdi Nəsrulla Həsən, 62 nömrəli məktəb-liseyin şagirdi Nihad Hüseyn, 42 nömrəli tam orta məktəbin şagirdi Abdullah Rza I yerə, 220 nömrəli məktəb-liseyin şagirdi Fuad Haqverdiyev, 227 nömrəli tam orta məktəbin şagirdi Sevinc Hüseynzadə, 240 nömrəli tam orta məktəbin şagirdi İlayda Abusəttar II yerə, 283 nömrəli tam orta məktəbin şagirdi Sami Salahov, 193 nömrəli tam orta məktəbin şagirdi Maqsud Hacıyev, 247 nömrəli tam orta məktəbin şagirdi Erkin Nurməmmədov isə III yeri tutublar.

83 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Müslümlü, 80 nömrəli tam orta məktəbin şagirdi Ayan Əhmədova, 310 nömrəli tam orta məktəbin şagirdi Maryam Hasna Akın, 193 nömrəli tam orta məktəbin şagirdi Əli Abdullayev, 294 nömrəli tam orta məktəbin şagirdi Rəsul Əsədzadə həvəsləndirici yerə layiq görülüblər.

Qeyd edək ki, Bakı şəhəri 7, 17, 20, 27, 53, 144, 151, 152, 156, 164, 167, 171, 240, 287, 310 nömrəli təhsil müəssisələrinin şagirdləri isə fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunacaqlar. 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

Qeyd edək ki, Vlll-Xl sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərin ingilis dilində özünüifadə bacarığının təkmilləşdirilməsi, danışıq səriştəsinin artırılması, ingilis dilini öyrənməklə beynəlxalq olimpiadalar və müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi, xarici dildə kommunikasiya kompleksinin aradan qaldırılması, səlis və düzgün danışıq qabiliyyətinin inkişaf etdirilməsindən ibarətdir.