05.04.2023

Mətbuat Şurasının sədri məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 6-da Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki yazıçı, jurnalsit, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olacaq.   

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.