Paytaxtdakı 83 nömrəli məktəb-liseydə nümunəvi dərslər təşkil olunub.
Dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə və sektorun əməkdaşları, məktəb-liseyin rəhbərliyi, həmçinin fənn müəllimləri iştirak ediblər.
Nümunəvi dərslərin təşkilində əsas məqsəd fənn müəllimlərinin müasir dərsin quruluşu ilə bağlı əldə etdikləri bacarıqları müxtəlif situasiyalarda tətbiq etmək, təcrübələrini bölüşmək, müasir pedaqoji metodika ilə öyrənməni daha da stimullaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, vahid meyarlar və strukturda təşkil olunan dərslərin planlaşdırılması zamanı fərqli yanaşma tətbiq olunub. Dərslərdə fənn müəllimləri müxtəlif təlim formaları və üsullarından istifadə etməklə yanaşı, şagirdlərə diferensial yanaşma imkanlarından da istifadə ediblər.
Sonda II, IV, VI, VII, IX və X siniflərdə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, ingilis dili, tarix, coğrafiya, biologiya və kimya fənləri üzrə dərslərin təşkili ilə bağlı müzakirələr aparılıb və müvafiq rəylər verilib.