27.04.2023

Məktəbdaxili qiymətləndirmə ilə bağlı sorğu keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəbdaxili qiymətləndirmə ilə bağlı keçirilən görüşlər davam edir.  

Görüşlərdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazədə, Əməkdar müəllim Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, fizika, kimya və riyaziyyat müəllimləri iştirak edib.

Görüşlərin keçirilməsində əsas məqsəd məktəbdaxili qiymətləndirmənin keyfiyyətli təşkili üçün peşəkar yanaşmalara diqqət yetirmək, müəllimlərə dəstək üçün təkliflər hazırlamaq, qiymətləndirmə ilə bağlı problemləri və həlli yollarını araşdırmaqdan ibarətdir.

Görüşlərdə şagirdlərin biliyinin qaydalara uyğun qiymətləndirilməsinin vacibliyi, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatının təkmilləşdirilməsi, məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların mütəmadi olaraq nəzərdən keçirilməsi və digər mövzulara dair fikir mübadiləsi aparılıb.

Sonra  fizika, kimya və riyaziyyat müəllimlərinə sorğu təqdim olunub.

Sorğular təhlil olunduqdan sonra növbəti görüşlərin keçirilməsi nəzərdə tutulur.