11.05.2023

Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər davam edir.

Növbəti görüşlər paytaxtdakı 239, 71, 148 və 165 nömrəli tam orta məktəblərdə keçirilib.

Görüşlərdə Təlimə Dəstək Mərkəzinin (TDM) metodistləri iştirak ediblər.

Görüşlərin keçirilməsində məqsəd ümumi təhsil məktəblərində metodiki işin təşkilinə dəstək vermək, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərməkdən ibarətdir.

 Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib.

Görüşlər zamanı Məktəbin İnkişaf Planının sxemi və strukturuna dair fikir mübadiləsi aparılıb.