16.05.2023

Ailələr məktəbdə intellektual yarışmada

“Ailəm və məktəbim” layihəsi çərçivəsində paytaxtdakı 193 nömrəli tam orta məktəbdə intellektual oyun keçirilib.

İntellektual oyunun keçirilməsində əsas məqsəd ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürmək, gəncləri yaşlılara hörmət ruhunda tərbiyə etmək, cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.

Beynəlxalq Ailə Gününə həsr olunan intellektual oyunda məktəbin fəal ailələrindən ibarət komandalar iştirak edib. Oyun zamanı Azərbaycanın ailə dəyərlərindən bəhs edən filmlərdən maraqlı suallar təqdim olunub.

Sonda məktəbin sosial həyatında fəal iştirak edən ailələr mükafatlandırılıb.