20.06.2023

Paytaxt məktəblərinin məzunlarından maksimum nəticə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin məzunları I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.

Belə ki, 299 nömrəli məktəb-liseyin məzunu Abdullayev Emil Rasim oğlu, 147 nömrəli Texniki-Humanitar Liseyin məzunu Hüseyn Saud Vasif oğlu  I  ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.

Yüksək nəticə əldə etmiş abituriyentlər, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!