10.07.2023

 Paytaxtda 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

Hazırda 313 nömrəli tam orta məktəbin əsas korpusunun əsaslı təmiri və əlavə korpus tikintisi, 99, 116, 101, 286 və A.Məmmədov adına məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmir işləri davam edir.

Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, 2022-2023-cü tədris ili ərzində ehtiyac olan ərazilərdə 4 yeni məktəb (292, 334, 335, 133 nömrəli) və 2 məktəbəqədər (13 və 14 nömrəli) təhsil müəssisəsi tikilərək istifadəyə verilib.

Onu da qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına  xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.