18.07.2023

Yeni dərs ilinə hazırlıq – Fotosessiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

Hazırda 313 nömrəli tam orta məktəbin əsas korpusunun əsaslı təmiri və əlavə korpus tikintisi, 99, 116, 101, 286 və A.Məmmədov adına məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmir işləri davam edir.

Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Aparılan tikinti və təmir-bərpa işlərinin yeni tədris ilinə qədər başa çatdırılması nəzərdə tutulur.