01.08.2023

Paytaxt üzrə 63 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində paytaxt üzrə 63 layihə qalib olub. Onlardan 28-i ümumi təhsil müəssisələri kateqoriyası, 35-i isə fərdi kateqoriya üzrə fərqlənib.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. 

Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət ediləcəklər.

Onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 


Bakı şəhəri üzrə qrant qazanmış layihələrin siyahısı