25.09.2023

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü keçiriləcək.

Görüş sentyabrın 26-da paytaxtdakı 300 nömrəli tam orta məktəbdə baş tutacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant  Anar Mirzəyev olacaq.  

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü, həmçinin “İki sahil” internet televiziyası da işıqlandıracaq.