02.11.2023

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə seçimlər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir.

Bu barədə AZTV-nin hazırladığı süjeti sizə təqdim edirik.