02.02.2024

Məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədova iştirak ediblər.

Görüş məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyi məsələlərinə və bağçalarda aparılan monitorinqlərə həsr olunub.

Görüşdə uşaqların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tərbiyəçi-müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbəqədər təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması, monitorinqlər və digər vacib məsələlər müzakirə olunub.

Sonda məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, uşaqların davamiyyəti, bağçalar üzrə normativ hüquqi sənədlərin işlənməsi barədə müvafiq tapşırıqlar verilib, təkliflər səsləndirilib, suallar cavablandırılıb.