08.04.2024

Paytaxt üzrə 222 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 222 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir.

Layihənin əhatə etdiyi məktəblərdə 4 283 sinif üzrə 117 547  şagird tədrisə cəlb edilib.

İl ərzində STEAM layihəsi tətbiq olunan təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

Xatırladaq ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.