08.04.2024

İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününə həsr olunmuş tədbir

Paytaxt məktəbində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində 6 aprel İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin müdiri Elnur Əliyev, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin müdiri Mehman Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Olimpiya mükafatçısı, ikiqat Avropa çempionu, ikiqat dünya çempionu Rüstəm Orucov,  məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva qonaqları salamlayıb və OCEP çərçivəsində təşkil olunan tədbirlər, tədris ocağının uğurları barədə məlumat verib.

Daha sonra İrlandiyanı təmsil edən 18 nömrəli tam orta məktəbin, Niderlandı təmsil edən 7 nömrəli tam orta məktəbin və ABŞ-ni təmsil edən 23 nömrəli tam orta məktəbin estafet yarışlarından ibarət çıxışlar izlənilib.

Estafet yarışlarını OCEP layihəsinin ekspert qrupunun sədri Namiq Cəfərov idarə edib.  

Estafet yarışlarının nəticəsinə görə 18 nömrəli tam orta məktəb I, 23 nömrəli tam orta məktəb II, 7 nömrəli məktəb isə III yerə layiq görülüb.