18.04.2024

Yeni maarifləndirici təşəbbüs: "1 sual, 1 cavab"

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən "1 sual, 1 cavab" rubrikasına start verilib.

Təşəbbüsdə əsas məqsəd təhsil işçilərini daha çox düşündürən suallara aydınlıq gətirilməsindən ibarətdir. Sosial şəbəkə vasitəsilə suallarına cavab tapmaq istəyən təhsilverənlər TDM-in “Facebook” və “Instagram” səhifələrində paylaşılan məlumatların altından onları maraqlandıran suallarını qeyd edə bilərlər.

Müəllimlərin suallarının cavabları TDM-in “Facebook” və “İnstagram” səhifələrində məlumat (post) şəklində paylaşılacaq.