22.04.2024

Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə turnir keçirilib.

Məktəblilərimiz sözügedən turnirə Azərbaycan Texniki Universitetinin laboratoriyalarından onlayn formada qoşulublar.

Şagirdlərimiz yarışda uğurla çıxış edərək 5 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.