06.05.2024

I sinfə elektron qeydiyyat prosesi: müraciətlər cavablandırılır (fotoanlar)

I sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə və Çağrı Mərkəzinə (146-1) müraciət edən vətəndaşların sualları operativ şəkildə cavablandırılır, valideynlərə müvafiq dəstək göstərilir.

Həmçinin bununla bağlı Bakı şəhərindəki ümumi təhsil müəssisələrində yaradılan 27 alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276), 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara isə köməklik göstərilir.