03.06.2024

Ötən ay BŞTİ-yə 15 470 müraciət daxil olub

May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 470 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 748 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 599 müraciət daxil olub.

BŞTİ-yə 1 582 sənəd (vətəndaşlar tərəfindən 297 ərizə, Elm və Təhsil Nazirliyindən 335, digər qurumlardan 262, tabelikdə olan təhsil müəssisələrindən 423 məktub və 265 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 541 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.