29.07.2024

Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

İyulun 29-na (saat 09:00) olan məlumata əsasən, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat sistemi (www.bq.edu.az) vasitəsilə 5 054  valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 5 414 uşağın məlumatı isə valideynlər tərəfindən şəxsi kabinetə əlavə edilib.

Qeyd edək ki, iyulun 16-dan etibarən uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib.

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.

Qeyd edək ki, boş yerlərə qəbul il ərzində aparılacaq.