05.09.2024

BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 698 şagirdin təhsil alacağı gözlənilir

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 513 698 şagirdin təhsil alacağı gözlənilir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 098, IX sinfində 44 233, X sinfində 35 757 , XI sinfində 32 260, XII sinfində 156 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 45 201 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 216 beşyaşlının cəlb olunacağı gözlənilir.

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 400 müəllim,  məktəbəqədər təhsil müəssisəslərində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.