19.10.2024

Tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin test mərhələsi keçirilib

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin test mərhələsi təşkil olunub.

İki gün ərzində təşkil olunan test mərhələsi üçün Bakı şəhərində 8 mərkəz müəyyən edilib. Prosesə paytaxt üzrə 5578 tərbiyəçi-müəllim və metodist cəlb olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Məmmədov diaqnostik qiymətləndirmə prosesini müşahidə ediblər.

İlk dəfə olaraq keçirilən məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin əsas məqsədi onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır.

/ 9