Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin növbəti test mərhələsi başa çatıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
rəhbərliyi və nümayəndələri diaqnostik qiymətləndirmə prosesini izləyiblər.
İki gün ərzində təşkil olunan test mərhələsi üçün Bakı şəhərində 8 mərkəz müəyyən edilib.
Ümumilikdə prosesə paytaxt üzrə 5 578 tərbiyəçi-müəllim və metodist cəlb olunub.
Qeyd edək ki, ilk dəfə keçirilən məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin əsas məqsədi onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasından ibarətdir.