25.11.2024

Səfir məzunu olduğu məktəbdə

Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, həmçinin iqamətgahı Mexiko şəhəri olmaqla Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Panama və Hondurasda fövqəladə və salahiyyətli səfiri Məmməd Talıbov məzunu olduğu 53 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb.  

Səfir əvvəlcə məzunu olduğu məktəblə tanış olub, sinif otaqlarını gəzib, vaxtilə ona dərs demiş müəllimi ilə görüşüb, söhbətləşib.

Məktəb direktoru Tünzalə Zeynalova şagirdlərə Məmməd Talıbov haqqında məlumat verib, gərgin iş qrafikinə baxmayaraq doğma məktəbində şagirdlərlə görüşə vaxt ayırdığı üçün qonağa təşəkkürünü bildirib.

M.Talıbov doğma məktəbi ilə bağlı yaddaqalan xatirələrindən, keçdiyi həyat yolundan, qazandığı təcrübələrdən danışıb, uğurun sirri, gələcək üçün vacib olan peşələrə yiyələnməyin önəmindən söz açıb, hədəfə doğru gedən yolda şagirdlərə əzm və iradəli olmağı tövsiyə edib.

Səfir daha sonra şagirdləri maraqlandıran sualları cavablandırıb. 

Sonda qonaq məktəblilərlə xatirə şəkli çəkdirib.