14.06.2025

BŞTİ-nin tabeliyindəki məktəblərdə Xl siniflərdən 33 517 nəfər məzun olub

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirib.

 

Paytaxtdakı ümumi təhsil müəssisələri üzrə l sinfi 38 206 nəfər başa vurub.

 

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 923 şagird təhsil alıb.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 30 169 müəllim fəaliyyət göstərir.

 

2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 781 uşaq cəlb olunub.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

 

Bütün məzunları təbrik edir, onlara uğurlar arzulayırıq.